Geri

25 Oktyabr 2009-cu il, saat 09:00

Quba rayonunda ümumi sahəsi 130 kv.m. olan 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evində karton taralar 48 kv.m. sahədə yanmışdır. Yanğın saat 10:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonunda vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları 80 kv.m. sahədə yanmışdır. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Əzizbəyov rayonunda ümumi sahəsi 200 kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin çardağının yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 22:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 80 kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin və yaxınlıqda yerləşən, ümumi sahəsi 130 kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin çardağının yanar konstruksiyaları ümumilikdə 80 kv.m. sahədə yanmışdır. Yanğın saat 06:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.