Geri

24 Oktyabr 2009-cu il, saat 09:00

Bakı şəhəri, Xətai rayonunda "Mercedes-Benz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq "VAZ" markalı minik avtomobili ilə toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış,  "VAZ" markalı minik avtomobilində olan sərnişin xəsarət almışdır. Xilasedicilər hadisə yerində yaralıya ilkin tibbi yardım göstərərək aidiyyəti üzrə təhvil vermiş, həmçinin, müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:19-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən enərək 6-cı mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmaqla zərərçəkmişə lazımi köməklik göstərmişlər. Əməliyyat saat 15:02-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 70 kv.m. olan fərdi yaşayış evinin yanar konstruksiyaları 50 kv.m. sahədə yanmışdır. Yanğın saat 19:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür