Geri

23 Oktyabr 2009-cu il, saat 09:00

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayının yaxınlığında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumları və digər aidiyyəti təşkilatlar məlumatlandırılmış, lazımi tədbirlər həyata keçirilmişdir. Lakin fakt təsdiqini tapmamışdır. Əməliyyat saat 11:25-də başa çatmışdır. Faktla əlaqədar araşdırma aparılır;

Füzuli rayonunda ümumi sahəsi 81 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər dördmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər mənzildə nəzarətsiz qalmış azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:25-də başa çatmışdır;

Göygöl rayonunda ümumi sahəsi 200 kv.m. olan dülgər sexinin dam örtüyünün yanar konstruksiyaları 112 kv.m. sahədə yanmışdır. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.