Geri

31 Yanvar 2009-cu il, saat 19:00-dək

14:17. Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının zirzəmisində məişət tullantıları 15 kv.m. sahədə yanmışdır. Yanğın saat 16:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

14:26. Oğuz rayonunda ümumi sahəsi 117 kv.m. olan fərdi yaşayış evi 24 kv.m. sahədə ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

18:29. Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evinin tavanı və ev əşyaları 30 kv.m. sahədə yanmışdır. Yanğın nəticəsində həmin vaxt evdə olan 1956-cı il təvəllüdlü İsgəndərov Məhərrəm Məhəmməd oğlu həlak olmuşdur. Onun cəsədi qohumları tərəfindən aşkarlanmışdır. Yanğın saat 19:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğının qəsdən törədildiyi ehtimal olunur. Faktla əlaqədar təhqiqat aparılır;

Geri

31 Yanvar 2009-cu il, saat 09:00-dək

05:20. Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 80 kv.m. olan fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmış, 1 nəfər yüngül yanıq xəsarəti almışdır. Zərərçəkmişə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilmişdir. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;