Geri

30 Yanvar 2009-cu il, saat 00:00-dək

22:59. Ağstafa rayonunda ümumi sahəsi 320 kv.m. olan fərdi yaşayış evinin tavanı 4 kv.m. sahədə yanmışdır. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğına odun sobasının bacasından düşən qığılcım səbəb olmuşdur;

23:54. Bakı şəhəri, Yasamal rayonunda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində minik avtomobilinin ön hissəsi yanmış, sürücüsü isə müxtəlif dərəcəli xəsarətlərlə hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılmışdır. Yanğın saat 00:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 Yanvar 2009-cu il, saat 19:00-dək

10:06. Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasına bitişik çörək sexində partlayış baş vermişdir. Yanğın olmamışdır. Partlayış nəticəsində sexdə çörəkçi işləyən 3 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır. Partlayışa məişət qazının sızması səbəb olmuşdur.

14:20. Tərtər rayonunda ümumi sahəsi 84 kv.m. olan fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları və dama yığılmış ev əşyaları 56 kv.m. sahədə yanmışdır. Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

15:59. Bakı şəhəri, Nizami rayonunun ərazisində diametri 500 mm. olan maqistral qaz borusu zədələnmişdir. Nəticədə alışma baş vermiş, boruda olan qaz qalıqları yanmışdır. Yanğından yaxınlıqdakı obyektlər mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisəyə həmin ərazidə aparılan tikinti işləri səbəb olmuşdur;

16:41. Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında ümumi sahəsi 100 kv.m. olan mənzildə mətbəx mebeli 1 kv.m. sahədə yanmışdır. Yanğın saat 16:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

30 Yanvar 2009-cu il, saat 09:00-dək

00:59. "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən kafelərdən birinə partlayıcı qurğu qoyulması haqqında məlumat daxil olmuşdur. Xilasetmə əməliyyatı çərçivəsində kafedə və onun ətrafında olan insanların təhlükəsizliyi təmin edilmiş, axtarış işləri aparılmışdır. Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməmişdir. Xilasetmə əməliyyatı saat 03:38-də başa çatmışdır. Faktla əlaqədar araşdırma aparılır;