Geri

29 Yanvar 2009-cu il, saat 19:00-dək

14:07. "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 506-cı məhəllə ünvanında yerləşən Respublika İncəsənət Gimnaziyasının binasında partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının xilasetmə qüvvələri hadisə yerinə göndərilmiş, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin əməliyyat növbətçiləri məlumatlandırılmışlar. Gimnaziyada olan 150 nəfərin təxliyə olunması təmin edilmiş, axtarış işləri aparılmışdır. Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməmişdir. Xilasetmə əməliyyatı saat 18:15-də başa çatmışdır;

18:22. Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının zirzəmisində elektrik kabelinin 3 p.m. yanmışdır. Yanğın saat 18:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 Yanvar 2009-cu il, saat 09:00-dək

02:22. Quba rayonunda minik avtomobilinin salonu yanmışdır. Yanğın saat 02:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

04:04. Bakı şəhəri, Əzizbəyov rayonunda ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evinin döşəməsi 3 kv.m. sahədə yanmışdır. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

05:26. Quba rayonunda ümumi sahəsi 48 kv.m. olan fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

08:45. İmişli rayonunda ümumi sahəsi 500 kv.m. olan idman zalının döşəməsi 7 kv.m. sahədə və 4 ədəd idman döşəyi yanmışdır. Yanğın saat 09:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.