Geri

30 dekabr 2008-ci il, saat 00:00-dək

19:40. Saatlı rayonunda ümumi sahəsi 153 kv.m. olan fərdi yaşayış evinin damı 18 kv.m. sahədə yanmışdır. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

22:56. Bakı şəhəri, Yasamal rayonunda ağır yol-nəqliyyat qəzası baş vermişdir. Minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarında dayanmış avtomobillərə çırpılmışdır. Xilasedicilər deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil vermiş, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Xilasetmə əməliyyatı saat 23:15-də başa çatmışdır.

Geri

30 dekabr 2008-ci il, saat 19:00-dək

14:09. Qax rayonunda fərdi yaşayış evinin həyətindəki ümumi sahəsi 35 kv.m. olan tövlə və tövləyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17:09. Ağdaş rayonunda həyətyanı sahədə yığılmış 11 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

18:29. Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 50 kv.m. olan fərdi yaşayış evinin döşəməsi 5 kv.m. sahədə və həmin evin altında quraşdırılmış gücü 6 kVt olan bir ədəd transformatorun yağı və sarğıları yanmışdır. Yanğın saat 19:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

30 dekabr 2008-ci il, saat 14:00-dək

11:32. Sumqayıt şəhərində minik avtomobilinin mühərriki yanmışdır. Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12:08. Saatlı rayonunda ümumi sahəsi 208 kv.m. olan fərdi yaşayış evinin tavanı 16 kv.m. sahədə yanmışdır. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

30 dekabr 2008-ci il, saat 09:00-dək

01:24. Bakı şəhəri, Nəsimi rayonunda bir nəfər yeniyetmə mənzildə bağlı qapı arxasında qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs qapının dəfələrlə döyülməsinə heç bir reaksiya vermir. Xilasedicilər 5 mərtəbəli binanın 2-ci mərtəbəsinə qalxaraq həmin mənzilə daxil olmuş və giriş qapısının açılmasını təmin etmişlər. Yeniyetmə xilasedicilər tərəfindən yatmış vəziyyətdə aşkarlanmışdır. Xilasetmə əməliyyatı saat 02:09-da başa çatmışdır;

05:52. Zərdab rayonunda ümumi sahəsi 6 kv.m. olan köməkçi otağın damı 3 kv.m. sahədə yanmışdır. Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;