Geri

30 dekabr 2008-ci il, saat 14:00-dək

11:32. Sumqayıt şəhərində minik avtomobilinin mühərriki yanmışdır. Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12:08. Saatlı rayonunda ümumi sahəsi 208 kv.m. olan fərdi yaşayış evinin tavanı 16 kv.m. sahədə yanmışdır. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

30 dekabr 2008-ci il, saat 09:00-dək

01:24. Bakı şəhəri, Nəsimi rayonunda bir nəfər yeniyetmə mənzildə bağlı qapı arxasında qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs qapının dəfələrlə döyülməsinə heç bir reaksiya vermir. Xilasedicilər 5 mərtəbəli binanın 2-ci mərtəbəsinə qalxaraq həmin mənzilə daxil olmuş və giriş qapısının açılmasını təmin etmişlər. Yeniyetmə xilasedicilər tərəfindən yatmış vəziyyətdə aşkarlanmışdır. Xilasetmə əməliyyatı saat 02:09-da başa çatmışdır;

05:52. Zərdab rayonunda ümumi sahəsi 6 kv.m. olan köməkçi otağın damı 3 kv.m. sahədə yanmışdır. Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;