Geri

29 dekabr 2008-ci il, saat 00:00-dək

14:24. Ağcabədi rayonunda ümumi sahəsi 204 kv.m. olan fərdi yaşayış evinin tavanı və ev əşyaları 40 kv.m. sahədə yanmışdır. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

20:04. Bakı şəhəri, Yasamal rayonunda minik avtomobilinin mühərrik hissəsi və ön çarxı yanmışdır. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 dekabr 2008-ci il, saat 09:00-dək

01:24. Bakı şəhəri, Nərimanov rayonunda ağır yol-nəqliyyat qəzası baş vermişdir. Minik avtomobili sürücünün idarəetməsindən çıxaraq həmin istiqamətdə hərəkət edən yük avtomobili ilə toqquşmuşdur. Xilasedicilər ağır deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini avtomobildən çıxararaq hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil vermiş, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:23-də başa çatmışdır;

06:13. Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evi 80 kv.m. sahədə yanmışdır. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;