Geri

31 oktyabr 2008-ci il, saat 19:00-dək

16:35. Samux rayonunda yanğınla davam edən partlayış baş vermişdir. Yanğın nəticəsində ümumi sahəsi 140 kv.m. olan 1 mərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 40 kv.m. sahədə yanmış, 1 nəfər əl və üz nahiyəsindən yüngül yanıq xəsarəti almışdır. Hadisəyə qaz balonunun partlaması səbəb olmuşdur. Yanğın saat 17:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17:37. Şamaxı rayonunda ümumi sahəsi 20 kv.m. olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

18:01. Bakı şəhəri, Nərimanov rayonunda "Azərenerji" MMC-yə məxsus gücü 10 kVt olan transformatorun yağı və sarğıları yanmışdır. Hadisəyə elektrik qurğusunun normadan artıq yüklənməsi səbəb olmuşdur. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

31 oktyabr 2008-ci il, saat 14:00-dək

12:26. Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 40 kv.m. olan mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 kv.m. sahədə yanmışdır. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;