Geri

30 oktyabr 2008-ci il, saat 14:00-dək

00:24. Hacıqabul rayonunda ümumi sahəsi 45 kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanmışdır. Yanğın saat 01:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12:35. Sumqayıt şəhəri, Nərimanov rayonunda icarəyə götürülmüş, ümumi sahəsi 3 kv.m. olan köşkün içərisindəki əşyalar yanmışdır. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

13:44. Xaçmaz rayonunda ümumi sahəsi 1080 kv.m. olan donuzçuluq fermasının dam örtüyünün yanar konstruksiyaları 500 kv.m. sahədə yanmışdır. Yanğın nəticəsində 38 baş donuz tələf olmuş, 60 baş donuz yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;