Geri

29 oktyabr 2008-ci il, saat 00:00-dək

16:50. Bakı şəhəri, Nizami rayonunda boya sexində hava borusunun içərisində boya qalıqları yanmışdır. Yanğın saat 17:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

19:40. Şəki rayonunda ümumi sahəsi 42 kv.m. olan tövlənin dam örtüyünün və ona bitişik olan talvarın yanar konstruksiyaları 21 kv.m. (ümumi 63 kv.m.) sahədə və tövlənin içərisinə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın zamanı əl və üz nahiyəsindən yanıq xəsarətləri almış 1 nəfərə yerində ilkin tibbi yardım göstərilmişdir. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 oktyabr 2008-ci il, saat 09:00-dək

00:05. Bakı şəhəri, Binəqədi rayonunda mənzilin dəhlizində 1 kv.m. sahədə  dolabın çərçivəsi yanmışdır. Yanğın saat 00:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

03:30. Qusar rayonunda ümumi sahəsi 140 kv.m. olan  6 otaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 100 kv.m. sahədə yanmışdır. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;