Geri

28 oktyabr 2008-ci il, saat 00:00-dək

21:02. Sumqayıt şəhərində yol qəzası nəticəsində "Qaz-2410" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın nəqliyyat vasitəsinin sahibi tərəfindən söndürülmüşdür;

22:30. Bakı şəhəri, Nərimanov rayonunda köməyə ehtiyacı olan insan faktorunun olması barədə məlumat daxil olmuşdur. Xilasedicilər mənzilin qapısını kəsərək içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1931-ci il təvəllüdlü ahıl qadının döşəmədə hərəkətsiz vəziyyətdə olması müşahidə edilmişdir. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları tərəfindən aparılmış müayinədən sonra vətəndaşın vəfat etdiyi məlum olmuşdur. Əməliyyat saat 23:53-də başa çatmışdır;

22:57. Bakı şəhəri, Nərimanov rayonunda köməyə ehtiyacı olan insan faktorunun olması barədə məlumat daxil olmuşdur. Xilasedicilər 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən 7-ci mərtəbəsinə enərək mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1970-ci il təvəllüdlü kişinin yuxulu vəziyyətdə olduğu müşahidə edilmişdir. Əməliyyat saat 23:34-də başa çatmışdır.