Geri

27 oktyabr 2008-ci il, saat 19:00-dək

14.08. Goranboy rayonunda ümumi sahəsi 68 kv.m. olan 1 mərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m. sahədə yanmışdır. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

14:09. Tərtər rayonunda ümumi sahəsi 99 kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və çardağa yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

16:31. Qəbələ rayonunda ümumi sahəsi 45 kv.m. olan tövlənin yanar konstruksiyaları  və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın zamanı 4 iri buynuzlu heyvandan yalnız birini xilas etmək mümkün olmuşdur. Yanğın saat 17:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

27 oktyabr 2008-ci il, saat 14:00-dək

04:35. Bərdə rayonunda həyətyanı sahəyə yığılmış 7 ton ot tayasının 4 tonu yanmışdır. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12:40. Biləsuvar rayonunda həyətyanı sahədə 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;