Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

10 dekabr 2019-cu il saat 12:45-dək, ilkin məlumata əsasən:

İmişli rayonunda ümumi sahəsi 88 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində ev əşyaları 15 m² sahədə yanıb...

10 dekabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Xətai və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

10 dekabr 2019-cu il saat 08:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

10 dekabr 2019-cu il saat 08:00-dək, ilkin məlumata əsasən:

Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 70 m² sahədə yanıb.

09 dekabr 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin gölməçədə batması və içərisində olan sürücünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

09 dekabr 2019-cu il saat 20:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

09 dekabr 2019-cu il saat 19:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 24 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

09 dekabr 2019-cu il saat 18:15-dək, ilkin məlumata əsasən:

İran İslam Respublikasının Bakıdakı səfirliyində elektrik kabellərində tüstülənmə baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.

09 dekabr 2019-cu il saat 16:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 30 m² olan tikilinin lambirindən ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.

09 dekabr 2019-cu il saat 15:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr