Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Xətai və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.
10 dekabr 2019-cu il saat 08:15-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
10 dekabr 2019-cu il saat 08:00-dək, ilkin məlumata əsasən:
Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 70 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin gölməçədə batması və içərisində olan sürücünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
09 dekabr 2019-cu il saat 18:15-dək, ilkin məlumata əsasən:
İran İslam Respublikasının Bakıdakı səfirliyində elektrik kabellərində tüstülənmə baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri cəlb edilib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.