Geri

FHN Akademiyasına sənəd qəbulu 8-19 iyul 2020-ci il tarixlərində məsafədən davam etdiriləcək

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Doğum haqqında şəhadətnamənin surəti;
  • Orta təhsil haqqında attestatın surəti (11-ci sinif şagirdləri üçün müvafiq arayış);
  • Orta məktəbdən, iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
  • Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin surəti;
  • Dövlət İmtahan Mərkəzində qeydiyyatdan keçmə haqqında elektron ərizənin surəti;
  • FHN Akademiyasına qəbulla bağlı elektron ərizənin imzalanmış surəti.
  • Sorğu vərəqini dolduraraq imzalanmış surəti.

Elektron müraciəti əsasında namizəd kimi qeydə alınan abituriyentin fiziki hazırlığını müayinə etmək məqsədilə elektron ünvanına FHN-in Xüsusi Həkim Ekspertiza Komissiyasına getməsi üçün göndəriş ötürüləcək. Namizəd göndərişə aşağıda qeyd edilən sənədləri əlavə etməklə göstərilən tarixdə müayinə olunmaq üçün Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 124 ünvanında yerləşən Xüsusi Həkim Ekspertiza Komissiyasına  şəxsən gəlməlidir:

  • Yaşayış yeri üzrə qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ilə aid qısa epiqriz;
  • QİÇS (SPİD) olmaması barədə arayış;
  • Vərəm dispanserindən arayış;
  • Ruhi-əsəb dispanserindən arayış;
  • Narkoloji dispanserdən arayış;
  • Dəri-zöhrəvi dispanserindən arayış.

* Sorğu vərəqinin şablonunu buradan yükləyə bilərsiniz.

* Seçdiyiniz ixtisasa uyğun ərizə formasını aşağıdan yükləyə bilərsiniz.

Hər iki ixtisas

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

Yanğın təhlükəsizliyi mühəndisliyi

Əlaqə telefonları:  (012) 512-41-61

WhatsApp: (055) 754-12-39 ; (070) 745-16-45

Digər məlumatlar

FHN-in çimərliklərdən istifadəyə dair əhaliyə müraciəti (Video)

Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (yenilənib - Video)

Xəbər verildiyi kimi, bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddətdə söndürülüb......

Ardını oxu