Geri

FHN-in maddi-texniki bazası daim yenilənir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası daim yenilənir, yanğınsöndürmə, xilasetmə və digər təyinatlı ən müasir texnika və avadanlıqlar ölkəmizə gətirilərək uğurla tətbiq olunur.

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Yaponiyanın “Nissan” şirkətinin istehsalı olan “Patrol Safari” markalı avtomobillərin bazasında yığılmış xüsusi xilasetmə avtomobilləri ölkəmizə gətirilib. Nazirliyin müvafiq xilasetmə qurumlarının ixtiyarına veriləcək 11 ədəd xüsusi xilasetmə avtomobilləri qəza-xilasetmə işlərində istifadə olnması üçün nəzərdə tutulub.

Yüksək temperatur və rütubət olan ərazilərdə istifadə üçün nəzərdə tutulan bu avtomobillər, həmçinin, texniki xidmət baxımından rahatlığı, təhlükəsizliyi, etibarlılığı və əlçatanlığı ilə fərqlənir. Avtomobillər keyfiyyətin idarə edilməsi üzrə ISO 9001:2015 standartlarına uyğundur. Avtomobillərdə ən mürəkkəb xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən müasir xilasetmə avadanlıqları ilə yanaşı, xüsusi nəfəs aparatı, kimyəvi istehsalda, təhlükəli tullantıların təmizlənməsində və pestisid tətbiqində təhlükəli materiallardan qorunmaq üçün tamamilə kapsullaşdırılmış xüsusi geyim, qatlana bilən xərək, ilk yardım çantası və digər zəruri avadanlıqlar da yerləşdirilib.

Digər məlumatlar

FHN-in çimərliklərdən istifadəyə dair xəbərdarlığı

Məlum olduğu kimi, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin...

Ardını oxu

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu