Geri

FHN Mətbuat xidmətinin məlumatı

Məlumat verildiyi kimi, ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza dəstək olmaq məqsədilə cari ilin 8 aprel tarixindən etibarən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə nazirliyin psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi təşkil olunub. 24 saat fasiləsiz fəaliyyət göstərən telefon xəttində FHN-in xüsusi hazırlıqlı 12 nəfər psixoloqu işləyir. Fəaliyyət göstərdiyi bir həftə ərzində psixoloji yardımla bağlı respublikanın müxtəlif regionlarından qaynar xəttə 350-yə qədər müraciət daxil olub. Müraciətlər, əsasən, COVID-19 infeksiyasına yoluxma qorxusu yaşayan, yaşlı valideynlərinə görə narahatçılıq, gərginlik keçirən, təşviş içərisində olan insanlardan daxil olub. Müraciət edənlər içərisində iş həyatına alışmış və hazırda gündəlik rejimini düzgün, səmərəli bölüşdürməkdə çətinlik çəkən insanlar da az deyil. 

Qeyd edək ki, psixoloji yardımın təşkil olunmasında əsas məqsəd çətin vəziyyətdə olan insanların yanında olmaq, onları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejiminə uyğunlaşmağa kömək etməkdən ibarətdir.

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu