Geri

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinə press-tur təşkil olunub

7 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə KİV nümayəndələri üçün press-tur təşkil olunub. Press-turun təşkil edilməsində məqsəd nazirliyin qəza-xilasetmə sahəsində mühüm qurumlarından olan Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, maddi-texniki bazası, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinə hazırlıq səviyyəsi ilə tanışlıq olub.

Press-tur zamanı media nümayəndələri səxsi heyətin təqdimatında çevik qrupların, sularda xüsusi riskli xilasetmə taborunun, partlayıcı vasitələrin zərərsizləşdirilməsi və kimyəvi qəzalar zamanı işləyən qrupların, kinoloji xidmətin, təcili tibbi yardım briqadasının fəaliyyəti, həmçinin, xüsusi qəza-xilasetmə avadanlıqları və onların təyinatı ilə yaxından tanış olublar, praktiki qəza-xilasetmə təlimini izləyiblər.

Sonda XRXX-in rəisi general-mayor Şahmar Paşayev xidmətin fəaliyyəti və gördüyü işlər barədə ətraflı məlumat verib, sualları cavablandırıb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (yenilənib - Video)

Xəbər verildiyi kimi, bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddətdə söndürülüb......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu