Geri

FHN Mətbuat xidmətinin məlumatı (yenilənib)

7 fevral 2020-ci il tarixində Quba rayonunun Qarxun kəndində, ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km-dən artıq məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayasının yanması və yanğının evlərə keçməsi ehtimalı nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub. Görülmüş tədbirlər nəticəsində yanğının daha geniş əraziyə yayılmasının və daha böyük itkilərin qarşısı alınıb. Hadisə nəticəsində sahəsi müvafiq olaraq 100 kv.m. və 80 kv.m. olan iki ədəd ev, sahəsi 100 kv.m. olan digər evin 30 kv.m. hissəsi, ümumi sahəsi 120 kv.m. olan 6 ədəd tövlə və 4 ədəd ot tayası yanıb. Ətrafdakı evlər, tövlə və ot tayaları yanğından mühafizə olunub.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (yenilənib - Video)

Xəbər verildiyi kimi, bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddətdə söndürülüb......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu