Geri

Avstriyalı qonaqlar Fövqəladə Hallar Nazirliyində olublar

24 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar  nazirinin müavini general-leytenant Etibar Mirzəyev Avstriya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müavini Volfqanq Marxar, Avstriya Respublikasının ölkəmizə yeni akkreditə olunmuş polis attaşesi Cerald Riçard Hörmann, Avstriya Respublikasının Azərbaycan Respublikasına akkreditə olunmuş sabiq polis attaşesi Karlhaynz Qortano, Avstriya Respublikasının Gürcüstandakı Polis Attaşeliyinin əməkdaşı Tamar Gvenetadze ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Avstriya Respublikasının aidiyyəti qurumları arasında əlaqələrin mövcud inkişafından razılıq bildirilib və əlaqələrin inkişafında hər iki tərəfin fəaliyyəti yüksək qiymətləndirilib. Eyni zamanda, ölkələrimiz arasında mövcud əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsi məqsədilə imkanlardan istifadə edilməsinin vacibliyi vurğulanıb.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Hökuməti arasında təbii fəlakətlər və ağır nəticəli qəzalar zamanı qarşılıqlı yardım haqqında Saziş”in imzalanması məsələsi, həmçinin avstriyalı mütəxəssislər tərəfindən Fövqəladə Hallar Nazirliyinin alpinistlərinin hazırlanmasında müasir metodların tətbiqi, dağ şəraitində qar uçqunları altında qalmış zərərçəkmişlərin axtarış-xilasetmə əməliyyatlarının daha səmərəli təşkili məqsədilə keçirilmiş təlimlərin davamı olaraq cari ilin mart ayında Avstriya Respublikasında təşkil olunacaq alpinizm kursları barədə müzakirələr aparılıb.

Görüşdə hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası... ...

Ardını oxu

FHN Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb....

Ardını oxu