Geri

Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Gəncə şəhərində dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutub. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Nazirliyin Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırkı vəziyyətə görə, dağıntılar altından ümumilikdə xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.

Aidiyyəti qurumların məlumatına əsasən, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Digər məlumatlar

Ermənistan Respublikasının Azərbaycanın mülki əhalisinə qarşı terrorçu təxribatları barədə faktlar tərəfdaş ölkələrin aidiyyəti qurumları və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumları və beynəlxalq təşkilatları məlumatlandırıb....

Ardını oxu

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşləri nəticəsində Goranboy rayonunda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu ərazisini ağır artilleriya qurğularından atəşə tutaraq ekoloji terror aktı törətməsi nəticəsində meşəlik zonada yanğın baş verib....

Ardını oxu

Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir. ...

Ardını oxu