Geri

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına dair məlumat

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Fərmanın icrası ilə bağlı görülmüş tədbirlər nəticəsində ümumi sahəsi 7 321 354 m2 olan 73979 mənzilli, ümumilikdə 1275 girişli 351 binaya (kompleksə) dair müsbət rəy verilib. 320-si Bakı şəhəri, 19-u Abşeron rayonu, 2-si Sumqayıt şəhəri, 7-si Gəncə şəhəri, 1-i Mingəçevir şəhəri, 1-i Lənkəran şəhəri, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon, Sumqayıt Şəhər, Gəncə Şəhər, Mingəçevir Şəhər, Lənkəran Şəhər və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.

Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin vaxtında başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə mövcud çatışmazlıqları qalan yaşayış binalarının sifarişçilərinin və həmin binalarda yaşayan sakinlərin iştirakı ilə mütəmadi görüşlər keçirilib. Fövqəladə Hallar Nazirliyinin, habelə digər aidiyyəti dövlət oqanlarının nümayəndələrinin iştirakı ilə keçən görüşlərdə hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib və nöqsanların aradan qaldırılması istiqamətində görülən işlərin müzakirəsi aparılıb.

Digər məlumatlar

FHN Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2020-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü ELAN edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə...

Ardını oxu

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır

Ölkəmizdə yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində ciddi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq......

Ardını oxu