Geri

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Bəzi sosial şəbəkə səhifələrində 25 sentyabr 2019-cu il tarixində Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobil yanması hadisəsinə yanğınsöndürənlərin cəlb olunmaması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bununla əlaqədar bildiririk ki, bu gün saat 14:55-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 15:00-da (daxil olmuş zəngdən 5 dəqiqə sonra) hadisə yerinə çataraq yanğının mühərrik bölməsindən avtomobilin digər hissələrinə keçməsinin qarşısını alıb və 15:05 radələrində yanğın tam söndürülüb. Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Elxan İsmayıl oğluna məxsus “Mercedes” markalı 50-CK-141 dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrik hissəsi yanıb, digər hissələr isə yanğından mühafizə olunub.

Əlavə olunmuş müşahidə kameralarından götürülmüş kadrlardan da göründüyü kimi, yanğın FHN-in hadisə yerinə vaxtında çatmış yanğınsöndürənləri tərəfindən operativ olaraq söndürülüb. Odur ki, bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, həqiqətə uyğun olmayan bu kimi məlumatlara deyil, nazirliyin rəsmi saytı vasitəsilə yayılan təsdiqlənmiş məlumatlara istinad edilsin.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək

​Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 yanvar 2020-ci il tarixində Yevlax şəhərində, Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan Yevlax rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 30 yanvar 2020-ci il tarixində Aran Regional Mərkəzinin......

Ardını oxu

FHN-in Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. ...

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına dair məlumat

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib. ...

Ardını oxu