Geri

Nazir Kəmaləddin Heydərov ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 19 sentyabr 2019-cu il tarixində Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.
Nazir Kəmaləddin Heydərov, ilk növbədə, səfir Örl Litzenberqeri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib. Nazir, həmçinin, qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər və nazirliyin fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verib. O, Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə hallarla mübarizə sahəsində fəaliyyət göstərən müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini səfirin diqqətinə çatdırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir ölkələrimizin fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra nazirliyin Böhranların idarə edilməsi zalına baş çəkən səfir zalın fəaliyyəti ilə yaxından tanış olub.
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 19 sentyabr 2019-cu il tarixində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.
Səfir Örl Litzenberqeri səmimi salamlayan nazir Kəmaləddin Heydərov qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər və nazirliyin fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verib. O, Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə hallarla mübarizə sahəsində fəaliyyət göstərən müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini səfirin diqqətinə çatdırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir ölkələrimizin fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra nazirliyin Böhranların idarə edilməsi zalına baş çəkən səfir zalın fəaliyyəti ilə yaxından tanış olub.

Digər məlumatlar

FHN-in Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. ...

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına dair məlumat

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

11 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun......

Ardını oxu