Geri

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilib

17 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi general-mayor Fizuli Salahov, DTX-nın Heydər Əliyev adına Akademiyasının rəisi general-mayor Allahverən İsmayılov, DİN Polis Akademiyasının rəisi general-mayor Nazim Əliyev və DİN Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov, FHN-in Akademiyasının şəxsi heyəti, qonaqlar və valideynlər iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.

Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasında məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş geniş tədbir keçirilib. İlk olaraq Dövlət himni səsləndirilib və Dövlət bayrağı meydana gətirilib.

Sonra kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev məzunları və onların vaildeynlərini təbrik edib. Nazir müavini  qeyd edib ki, hərbi and içərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə həmişə hazır olmalı, Vətənimizi və bayrağımızı göz bəbəyi kimi qorumalıdırlar. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yüksək səviyyəli peşəkar hərbçi kadrların yetişdirilməsi ideyasının daim diqqətdə saxlanıldığını və bu müdrik siyasətin cənab Prezident İlham Əliyev tərəfindən çox böyük müvəffəqiyyətlə davam etdirildiyini xatırladan E.Mirzəyev FHN-in gələcək əməkdaşları olacaq Akademiya məzunlarının insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiyanın öhdəsindən bacarıqla gəlmələrinin əhəmiyyətindən danışıb.

Akademiyanın rəisi general-mayor Baba Salayev də məzunları təbrik edərək, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı söhbət açıb, onlara uğurlar arzulayıb.

FHN-in Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş məzun Fəxri Həsrətli kursant yoldaşlarının adından çıxış edərək Nazirliyin rəhbərliyinə və Akademiyanın professor-müəllim heyətinə minnətdarlığını bildirib.

Daha sonra Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Akademiyanın 2019-cu il məzunlarına “leytenant” hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılıb və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Anar Mahmudzadə xatirə lövhəsini simvolik “Yaş kötüyü”nə vurub.

Sonra FHN-in Akademiyasının şəxsi heyəti orkestrin müşayiəti ilə Akademiyanın himnini səsləndirib, dövlət bayrağı məzunlar tərəfindən IV kurs kursantlarına təhvil verilib.

Mərasim kursant və məzunların təntənəli marş keçidi ilə yekunlaşıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində NATO Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində nazir müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə “NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi dalğıc axtarış qrupu cəlb edilməklə Aviasiya dəstəsinin 1 ədəd helikopteri vasitəsilə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir....

Ardını oxu