Geri

FHN Mətbuat xidmətinin məlumatı (Yenilənib - Video)

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. Yanğının söndürülməsi məqsədilə FHN-in Aviasiya dəstəsinin iki helikopteri də dünəndən ərazidə fəaliyyətdədir.

Xatırladaq ki, avqustun 20-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Bildiririk ki, 5 dekabr 2019-cu il tarixində Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatda olan, lakin hazırda Bakı şəhərində yaşayan Rəşad Firidun oğlu Cahangirov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllədə yerləşən inzibati binasının qarşısına gələrək özünü yandırmağa cəhd......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

2 dekabr 2019-cu il tarixində Gürcüstan Daxili İşlər Nazirliyindən Qardabani rayonunda Azərbaycanla həmsərhəd ərazidə yerləşən Candargöl gölündə itkin düşən iki nəfər Gürcüstan vətəndaşının axtarışları üçün... ...

Ardını oxu

Bibiheybət yolunda baş vermiş sürüşmə ilə əlaqədar əraziyə baxış keçirilib

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov... ...

Ardını oxu