Geri

FHN Mətbuat Xidmətinin məlumatı (Video)

10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub. Yanğın nəticəsində ümumi sahəsi 1025 m² olan mebel sexi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən 18:21-də söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi zamanı Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin bir əməkdaşı xəsarət alıb. O, Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.

Digər məlumatlar

Nazir Kəmaləddin Heydərov ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 19 sentyabr 2019-cu il tarixində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb....

Ardını oxu

“Sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda seminar keçirilib

18 sentyabr 2019-cu il tarixində “Park İNN” otelində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi (EUR-OPA)... ...

Ardını oxu

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilib

17 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib. ...

Ardını oxu