Geri

FHN-in rəhbərliyi Ağdam, Ağcabədi və Beyləqan rayonlarında vətəndaşların qəbulunu keçirib

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev Ağcabədi şəhərində Ağcabədi rayonunun, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev isə Beyləqan şəhərində Beyləqan rayonunun sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü münasibətilə təntənəli iclas keçirilib

16 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə nazirliyin inzibati binasında təntənəli iclas keçirilib. ...

Ardını oxu

16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür! (Video)

Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

14 dekabr 2019-cu il tarixində saat 17:29-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verməsi barədə məlumat......

Ardını oxu