Geri

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir.

Belə ki, görülmüş tədbirlər nəticəsində ötən 4 ay ərzində ümumilikdə 167 girişi, 11 872 mənzili olan, 1 128 190 m2 sahəni əhatə edən 70 binaya (kompleksə) dair müsbət rəy verilib. 68-i Bakı şəhəri, 1-i Abşeron rayonu, 1-i isə Gəncə şəhərində yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim edilib.

Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədi ilə cari ilin 23 may və 13 iyun tarixlərində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə növbəti müşavirələr keçirilib. Müşavirələrdə aidiyyəti üzrə görülmüş işlər barədə məlumat verilib, müayinə nəticəsində aşkar edilmiş çatışmazlıqlar, mövcud problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb, görüləcək tədbirlərə dair müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Foto)

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün FHN-in müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Foto)

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video - Yenilənib)

FHN-in müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub. Əlavə məlumat veriləcək....

Ardını oxu