Geri

Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olub

18-22 iyun 2019-cu il tarixlərində Fövqəladə Hallar nazrinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində səfərdə olub.  

Səfər tikintidə smeta sənədlərinin tərtibində qiymətqoymanın resurs metodunun tətbiqi ilə bağlı qardaş ölkənin təcrübəsini öyrənmək məqsədilə gerçəkləşdirilib.

Səfər zamanı Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, həmin nazirliyin nəzdindəki Ali Elm Şurasının və yerli bələdiyyələrin sosial və infrastruktur layihələrinin hazırlanması, maliyyələşdirilməsi və tikinti sahəsində fəaliyyət göstərən “İller Bankası Anonim Şirketi”nin rəhbərliyi ilə görüşlər keçirilib, səmərəli müzakirələr aparılıb.

Ali Elm Şurasının iş təcrübəsi ilə tanışlıq zamanı tikinti resurslarının cari qiymətlərinin monitorinqinin aparılması, tikintinin ehtimal olunan  dəyərinin təyin edilməsi üçün tətbiq olunan resursların sərfiyyat normaları və digər normativlər, tikinti resurslarının kodlaşdırılması, kompüter proqramlarından istifadə etməklə smeta hesablamalarının avtomatlaşdırılması və digər müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Respublikasının yeni smeta-normativ və qiymətqoyma sisteminin gələcəkdə daha da təkmilləşdirilməsi işində qardaş ölkənin müvafiq təcrübəsindən istifadə üzrə əməkdaşlığın davam etdirilməsi və bununla əlaqədar müvafiq  tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab olunub.

Digər məlumatlar

FHN-in Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. ...

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına dair məlumat

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

11 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun......

Ardını oxu