Geri

Fövqəladə Hallar Nazirliyində Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi ilə görüş keçirilib

19 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində nazir müavini general-leytenant Etibar Mirzəyevlə Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi briqada generalı İsmail Hakkı Kosealı arasında görüş keçirilib. Görüşdə attaşenin köməkçisi III dərəcəli kapitan Sabri Kamçılı və FHN-in məsul əməkdaşları  iştirak ediblər.

Görüş zamanı fövqəladə hallar sahəsində qarşılıqlı fəaliyyət istiqamətlərindən və mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışılıb.

Görüşdə, həmçinin gələcəkdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının Türkiyə Silahlı Qüvvələri tərəfindən təşkil olunan aidiyyəti kurslarda iştirakı, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Cari ilin iyul ayında iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Məlumat verildiyi kimi, ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlara dəstək olmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən “112” qaynar telefon xətti vasitəsilə nazirliyin peşəkar psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi işi təşkil olunub....

Ardını oxu

FHN-in çimərliklərdən istifadəyə dair əhaliyə müraciəti (Video)

Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir....

Ardını oxu