Geri

Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcanın başçılıq etdiyi nümayəndə heyəti 21 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində olub.

Nümayəndə heyəti ilə görüşən Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev qardaşlıq, qarşılıqlı etimad və yüksək səviyyəli münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrindən danışaraq BMT çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupu tərkibində iki qardaş ölkənin müvafiq qurumlarının səmərəli əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, ikitərəfli görüşlər və məsləhətləşmələr fəaliyyət imkanlarının artırılmasına və klassifikasiya mərhələsinə, eyni zamanda noyabr ayında Azərbaycanda keçiriləcək təlimlərə hazırlıq prosesinə əvəzsiz töhfə verəcək. O, Azərbaycanın İNSARAG-a qəbulunda verdikləri dəstəyə görə Türkiyə tərəfinə təşəkkür edib.

Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan səmimi görüşə görə təşəkkür edərək Türkiyədə baş vermiş təbii fəlakətlər zamanı Azərbaycan Respublikasından edilən hərtərəfli yardımı minnətdarlıq hissi ilə xatırladıb. Azərbaycanın beynəlxalq axtarış-xilasetmə missiyasında iştirak etməsi üçün hərtərəfli imkanlara malik olduğunu vurğulayan qonaq sözügedən sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar FHN-in Akademiyası və Xüsusi Riskli Xilasetmə Xidmətinə baş çəkərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində NATO Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində nazir müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə “NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi dalğıc axtarış qrupu cəlb edilməklə Aviasiya dəstəsinin 1 ədəd helikopteri vasitəsilə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir....

Ardını oxu