Geri

FHN Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə işə qəbulla əlaqədar müsabiqə elan edir

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 30.06.2019-cu il tarixinədək tamam olmamış, boyu 170 sm və yuxarı olan, tam orta və ya orta-ixtisas təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

18 may 2019-cu il tarixində saat 10:00-dan 17:00-dək Sumqayıt şəhəri, FHN-in Sumqayıt Regional Mərkəzinin inzibati binasında (ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi, 9) keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Sumqayıt şəhəri sakinləri və həmin şəhərdə məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

18 may 2019-cu il tarixində saat 10:00-dan 17:00-dək FHN-in Qaradağ rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin 14 nömrəli Yanğından Mühafizə bölməsinin (ünvan: Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi) inzibati binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Lökbatan, Puta, Korgöz, Qızıldaş, AZNS, Şonqar, Sahil, Ümid, Səngəçal, Çeyildağ, Qobustan, Daşgil, Ələt, Müşfiqabad və Qobu qəsəbələrinin sakinləri və həmin qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tərcümeyi-hal;
  • şəxsiyyət vəsiqəsi;
  • təhsil haqqında sənəd (attestat və s.);
  • hərbi bilet;
  • sağlamlıq haqqında arayış (Forma № 086);
  • Vərəm Əleyhinə Dispanserdən arayış;
  • Dəri-Zöhrəvi Dispanserdən arayış;
  • Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;
  • Narkoloji Dispanserdən arayış.

Qeyd: vətəndaşlar fiziki hazırlıq üzrə yoxlamada iştirak etmək üçün uyğun geyimdə (idman ayaqqabısı və s.) olmalıdırlar.

Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

Digər məlumatlar

FHN Mətbuat Xidmətinin məlumatı (Video)

10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub.......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.​.....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xətti”nə Bakı şəhərində güclü küləyin yaratdığı fəsadlar və dağıntılarla bağlı müxtəlif xarakterli müraciətlər daxil olub. Həmin müraciətlərə əsasən, 5 avqust 2019-cu il tarixində Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupları müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər....

Ardını oxu