Geri

FHN-in rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirib

14 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Göyçay şəhərində Göyçay rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən 15 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr və digər məsələlərlə bağlı 72 vətəndaş nazir müavini, nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Bundan əlavə, Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev Kürdəmir şəhərində Kürdəmir rayonunun 49, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev isə Ucar şəhərində Ucar rayonunun 53 sakini və həmin rayonlarda məskunlaşmış məcburi köçkünü qəbul edib.

Digər məlumatlar

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Yenilənib - Video)

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. Yanğının söndürülməsi məqsədilə FHN-in Aviasiya dəstəsinin iki helikopteri də dünəndən ərazidə fəaliyyətdədir. ...

Ardını oxu