Geri

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti tədbir keçirilib

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə 13 may 2019-cu il tarixində paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin şagirdləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti ilə tanış olublar.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin Fövqəladə Hallar Nazirliyinin, o cümlədən FHN Akademiyasının fəaliyyəti barədə məlumatlandırılması, onlarda fövqəladə hallar orqanlarında xidmətə marağın yaradılması və peşə seçiminə kömək etmək olub.

Tədbirdə sözügedən məktəbin 9-cu və 10-cu sinif şagirdləri iştirak ediblər.

Əvvəlcə, qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada şagirdlərə Ümummilli Liderin həyat və fəaliyyəti barədə geniş məlumat verilib, Ulu Öndərin ömür yolu barədə film nümayiş olunub.

Sonra Akademiyanın muzeyi ilə tanış olan şagirdlər Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı film izləyiblər.

Akademiyanın konfrans zalında qonaqlarla görüşən FHN Akademiyası rəisinin müavini polkovnik İlham Babaşov Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş bu tədbirin əhəmiyyətindən danışıb. Şagirdlərə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, strukturuna daxil olan qurumlar, müxtəlif fövqəladə hallar zamanı davranış qaydaları haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Daha sonra şagirdlər dərslərin keçirildiyi auditorilalarla tanış olublar, kursantların iştirak etdiyi imtahanları izləyiblər. Həmçinin, yanğın-təlim nöqtəsində yanğınsöndürmə və xilasetmə texnikası ilə tanışlıq, kursantların alpinist divarına qalxma məşqini də izləyiblər.

Sonra şagirdlər FHN-in İdman-sağlamlıq kompleksindəki idman zalları, müxtəlif idman qurğuları, üzgüçülük hovuzu və trenajor zalı ilə tanış olublar.

Şagirdlər tədbirin sonunda ali təhsil ocağının kursantları ilə birgə nahar ediblər.

Digər məlumatlar

FHN-in Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. ...

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına dair məlumat

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

11 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun......

Ardını oxu