Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

29 may 2019-cu il

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar tədbirlər davam etdirilir. Belə ki, dövlət başçısının on minlərlə insanı sevindirən növbəti humanist addımı olan bu Fərmanın icrasının...

22 may 2019-cu il

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcanın başçılıq etdiyi nümayəndə heyəti 21 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində olub.

17 may 2019-cu il

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 13-17 may 2019-cu il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib. Platformanın gündəliyi “Dayanıqlığın Dividendləri: Dayanıqlı və Əhatəli...

16 may 2019-cu il

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16 may 2019-cu il

Fövqəladə Hallar Nazirliyi Şirvan şəhəri üzrə boş qalmış sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar əlavə müsabiqə elan edir.

14 may 2019-cu il

14 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Göyçay şəhərində Göyçay rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

13 may 2019-cu il

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə 13 may 2019-cu il tarixində paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin şagirdləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti ilə tanış olublar.

13 may 2019-cu il

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar 2019-cu ilin aprel-may aylarında keçirilmiş müsabiqədə iştirak etmiş və müvəffəqiyyət qazanmış şəxslərin xidmətə qəbul prosesini sürətləndirmək, tibbi şəhadətləndirməni  operativ aparmaq və...

10 may 2019-cu il

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 14 may 2019-cu il tarixində Göyçay şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan Göyçay rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 13 may 2019-cu il...

10 may 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin inzibati binasında 10 may 2019-cu il tarixində Azərbaycan xalqının ümummilli lideri, dahi öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr