Geri

FHN-ə işə qəbulla əlaqədar müsabiqədə iştirak etmiş vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar 24-26 aprel 2019-cu il tarixlərində nazirliyin Cənub Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Lənkəran şəhərində, Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Quzanlı qəsəbəsində və Şimal Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Xaçmaz şəhərində keçirilmiş müsabiqədə iştirak etmiş şəxslərlə bağlı müsabiqə komissiyasının rəyinə dair cədvəlləri təqdim edirik.

Qeyd edək ki, müsabiqədə müvəffəqiyyət qazanmış şəxslər əlavə olunmuş cədvəldə göstərilən tarixdə tibbi şəhadətləndirmə və sənədləşdirmə üçün FHN-in Tibb Xidmətinin Tibb mərkəzində (ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küç., 124) olmalıdırlar. Tibbi şəhadətləndirmə və sənədləşdirməyə gələn şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tərcümeyi-hal;
  • şəxsiyyət vəsiqəsinin əsli və notarial təsdiq edilmiş surəti;
  • təhsil haqqında sənədin əsli və notarial təsdiq edilmiş surəti;
  • hərbi biletin əsli və notarial təsdiq edilmiş surəti;
  • evli olanlar üçün: Nikah haqqında Şəhadətnamənin notarial təsdiq edilmiş surəti;
  • valideyn və ya qəyyum olanlar üçün: uşaqlarının Doğum haqqında Şəhadətnaməsinin (qəyyumluq haqqında sənədin) notarial təsdiq edilmiş surəti;
  • sağlamlıq haqqında arayış (Forma № 086);
  • Vərəm Əleyhinə Dispanserdən arayış;
  • Dəri-Zöhrəvi Dispanserdən arayış;
  • Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;
  • Narkoloji Dispanserdən arayış.

Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

FHN-in Cənub Regional Mərkəzi (Lənkəran şəhəri), Qarabağ Regional Mərkəzi (Quzanlı qəsəbəsi) və Şimal Regional Mərkəzində (Xaçmaz şəhəri) işə qəbulla əlaqədar 24-26 aprel 2019-cu il tarixlərində keçirilmiş sənəd qəbulu və müsabiqənin nəticələri

Digər məlumatlar

FHN-in çimərliklərdən istifadəyə dair xəbərdarlığı

Məlum olduğu kimi, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin......

Ardını oxu

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu