Geri

FHN işə qəbulla əlaqədar növbəti müsabiqə elan edir (Video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə davam edir.

Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 31.05.2019-cu il tarixinədək tamam olmamış, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

24 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Quzanlı qəsəbəsində, FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

24 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Xaçmaz şəhərində, FHN-in Şimal Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

24 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Lənkəran şəhərində, FHN-in Cənub Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

30 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Yevlax şəhərində, FHN-in Aran Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Ağdaş, Goranboy, Kürdəmir, Zərdab, Ucar, Göyçay rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tərcümeyi-hal;
  • şəxsiyyət vəsiqəsi;
  • təhsil haqqında sənəd (attestat və s.);
  • hərbi bilet;
  • sağlamlıq haqqında arayış (Forma № 086);
  • Vərəm Əleyhinə Dispanserdən arayış;
  • Dəri-Zöhrəvi Dispanserdən arayış;
  • Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;
  • Narkoloji Dispanserdən arayış.

Qeyd: vətəndaşlar fiziki hazırlıq üzrə yoxlamada iştirak etmək üçün uyğun geyimdə (idman ayaqqabısı və s.) olmalıdırlar.



Digər məlumatlar

FHN-in çimərliklərdən istifadəyə dair xəbərdarlığı

Məlum olduğu kimi, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin......

Ardını oxu

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu