Geri

FHN-in nümayəndə heyəti Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 52-ci sessiyasında iştirak edib

8-9 aprel 2019-cu il tarixlərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi vəzifəsini icra edən Belkasem Elketroussinin dəvəti ilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Livan Respublikasının Beyrut şəhərində BMMT İcraiyyə Şurasının 52-ci sessiyasında iştirak edib.

Sessiyada Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasında 22 üzv və müşahidəçi ölkə iştirak edib.

Sessiya zamanı səsvermə nəticəsində yekdilliklə BMMT-nin Baş Assambleyasının növbəti iclasına qədər Baş katib vəzifəsini icra edən Belkasem Elketroussi yenidən həmin vəzifəyə, Baş katibin müavini vəzifəsinə isə təşkilatın Beynəlxalq Monitorinq və Koordinasiya Mərkəzinin direktoru Andrey Kudinov seçilib.

Bundan əlavə, təşkilatın tərkibində fəaliyyət göstərən Beynəlxalq Monitorinq və Koordinasiya Mərkəzi tərəfindən son bir ildə görülmüş işlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, Mərkəz tərəfindən təşkilata üzv olan ölkələrdə bir sıra layihələr, treninq və seminarlar keçirilib. Həmçinin, Mərkəzin 2019-cu il üçün treninq planı təqdim olunub.

Sessiyada fövqəladə hal risklərinin azaldılması, mülki müdafiə və əhalinin fövqəladə hallardan qorunması sahəsində son beş ildə əldə edilmiş nailiyyətlərə, həmçinin Beynəlxalq Mülki Müdafiə Təşkilatının strateji inkişaf proqramının yerinə yetirilməsi ilə bağlı məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Digər məlumatlar

Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcanın başçılıq etdiyi nümayəndə heyəti 21 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində olub. ...

Ardını oxu

Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 13-17 may 2019-cu il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib. Platformanın gündəliyi “Dayanıqlığın Dividendləri: Dayanıqlı və Əhatəli Cəmiyyətlərə Doğru” mövzusuna həsr olunub. ...

Ardını oxu

FHN Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə işə qəbulla əlaqədar müsabiqə elan edir

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. ...

Ardını oxu