Geri

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in İran İslam Respublikasına göndərdiyi humanitar yardım ünvana çatdırılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Hökuməti adından İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar cari ilin aprel ayının 10-da həmin ölkəyə göndərdiyi humanitar yardım bu gün ünvana çatdırılıb və aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, “Katerpiller” və “Komatsu” markalı 2 ədəd ekskavator daxildir.

Digər məlumatlar

Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatı

İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın, təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb......

Ardını oxu

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yeni Yanğından mühafizə hissəsinin açılışı olub

12 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından mühafizə hissəsinin açılışı olub. Açılış mərasimində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə xidmətə qəbulla əlaqədar elan

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “BC” kateqoriyalı sürücülük vəsiqəsi olan Bakı şəhər sakinlərinin Bakı şəhəri ərazisində yerləşən yanğından mühafizə bölmələrində sürücü vəzifəsində işləməsi üçün xidmətə qəbulunu elan edir. ...

Ardını oxu