Geri

FHN işə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan olunur.

Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dək, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Gəncə şəhərində, FHN-in Gəncə Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Qəbələ şəhərində, FHN-in Şimal-qərb Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Salyan şəhərində, FHN-in Muğan Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Şirvan şəhərinin, Salyan, Neftçala, Biləsuvar, İmişli, Sabirabad, Saatlı, Hacıqabul rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • şəxsiyyət vəsiqəsi;
  • hərbi bilet;
  • sağlamlıq haqqında arayış (Forma № 086);
  • Vərəm Əleyhinə Dispanserdən arayış;
  • Dəri-zövrəvi Dispanserdən arayış;
  • Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;
  • Narkoloji Dispanserdən arayış.

Digər məlumatlar

Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcanın başçılıq etdiyi nümayəndə heyəti 21 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində olub. ...

Ardını oxu

Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 13-17 may 2019-cu il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib. Platformanın gündəliyi “Dayanıqlığın Dividendləri: Dayanıqlı və Əhatəli Cəmiyyətlərə Doğru” mövzusuna həsr olunub. ...

Ardını oxu

FHN Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə işə qəbulla əlaqədar müsabiqə elan edir

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. ...

Ardını oxu