Geri

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə 18 mart 2019-cu il tarixində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün paytaxtın 1, 2 və 3 saylı uşaq evlərinin şagirdləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti ilə tanış olmuşlar.

Tədbirin keçirilməsində əsas məqsəd internat məktəblərinin şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin, o cümlədən FHN Akademiyasının fəaliyyəti barədə məlumatlandırılması, onlarda fövqəladə hallar orqanlarında xidmətə maraq yaratmaq və peşə seçiminə yardım etmək məqsədilə söhbətin aparılması olub. 

Heydər Əliyev Fondunun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Bakı şəhərində adıçəkilən uşaq evlərinin yuxarı sinif şagirdləri iştirak edib.

Əvvəlcə, qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada şagirdlərə ümummilli liderin həyat və fəaliyyəti barədə geniş məlumat verilib, ulu öndərin ömür yolu barədə film nümayiş olunub.

Sonra Akademiyanın muzeyi ilə tanış olan şagirdlər Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı film izləyiblər.

Sonra şagirdlərə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, strukturuna daxil olan qurumlar, müxtəlif fövqəladə hallar zamanı davranış qaydaları haqqında ətraflı məlumat verilib, şərti yanğın zamanı insanların təxliyyə olunma qaydaları kursantlar tərəfindən əyani nümayiş olunub. Şagirdlər xüsusi ixtisaslı kabinetlər və tədris prosesi ilə yaxından tanış olublar.

Yanğın-təlim hissəsində yanğınsöndürmə və xilasetmə texnikası ilə tanışlıq, eyni zamanda şərti yanğının söndürülməsi əməliyyatının canlı nümayiş olunması şagirdlərdə xüsusi maraq oyadıb.    

Sonra şagirdlər FHN-in İdman-sağlamlıq kompleksindəki idman zalları, müxtəlif idman qurğuları, üzgüçülük hovuzu və trenajor zalı ilə tanış olublar.

Akademiyanın akt zalında Novruz bayramı ilə bağlı təşkil olunmuş bayram konsertini izləyən şagirdlər daha sonra ali təhsil ocağının kursantları ilə birgə nahar ediblər.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu

FHN Akademiyasına sənəd qəbulu 8-19 iyul 2020-ci il tarixlərində məsafədən davam etdiriləcək

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar......

Ardını oxu

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər....

Ardını oxu