Geri

Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətinin məlumatı

2019-cu il 12 mart tairixində saat 11.00-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Facebook” sosial şəbəkə səhifəsində (https://www.facebook.com/officialfhn) “Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydaları” mövzusunda birbaşa sual-cavab təşkil olunub. “Facebook” üzərindən canlı yayımın təşkilində məqsəd Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyi qaydalarının əhaliyə aşılanmasıdır.

Canlı yayımda mövzuya dair məlumatlar verilib və suallar ətraflı cavablandırılıb. Qeyd edək ki, diskussiya zamanı “Facebook istifadəçiləri tərəfindən verilən suallar, əsasən, Novruzda tonqalların qalanması, bayram ilə bağlı müxtəlif mərasimlər və s. zamanı diqqət yetirilməsi vacib olan təhlükəsizlik tədbirləri ilə əlaqədar olub.

Fövqəladə Hallar Nazirliyi tərəfindən sosial şəbəkələr vasitəsilə belə yayımlar davamlı şəkildə təşkil ediləcək.

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu