Geri

Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətinin məlumatı

2019-cu il 12 mart tarixində saat 11.00-dan etibarən Fövqəladə Hallar Nazirliyinin “Facebook” sosial şəbəkə səhifəsində (https://www.facebook.com/officialfhn) “Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydaları” mövzusunda birbaşa sual-cavab təşkil olunacaq. Nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş zabiti Gülçin Mehdiyevanın moderatorluq edəcəyi canlı efirdə suallar Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev tərəfindən cavablandırılacaq.

Facebook üzərində canlı yayımda iştirak etmək istəyən şəxslər qeyd edilən vaxtda Fövqəladə Hallar Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə daxil olub suallarını verə bilərlər. Yayımda ancaq mövzuya dair suallar cavablandırılacaq.

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu