Geri

Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir

Fevralın 8-də fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin müvafiq strukturlarının rəhbər şəxsləri zəlzələnin baş verdiyi Şamaxı rayonunda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin gedişi ilə tanış olmaq məqsədilə bölgəyə səfər etmişlər. Nazir müavini və aidiyyəti qurum rəhbərləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olduqdan sonra yerli sakinlərlə söhbət aparmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi və aidiyyəti dövlət qurumları müvafiq işlər görür və bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirir.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin qüvvə və texnikası təbii fəlakət zonasında zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində fasiləsiz olaraq çalışırlar.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Yenilənib - Video)

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri də cəlb olunub. ...

Ardını oxu

FHN Mətbuat Xidmətinin məlumatı (Video)

10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub.......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.​.....

Ardını oxu