Geri

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “Yanğın təhlükəsizliyi ayı” keçirir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2019-cu il fevral ayının 1-dən mart ayının 1-dək “Yanğın təhlükəsizliyi ayı” keçirir. “Yanğın təhlükəsizliyi ayı” ərzində Xidmətin ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyəti tərəfindən təyinatından asılı olmayaraq insanların kütləvi toplaşdığı obyektlərdə və yaşayış yerlərində vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi, yanğına qarşı su təchizatının istifadəyə yararlı, təxliyə yollarının isə qaydalara uyğun olaraq saxlanmasına xüsusi diqqətin yetirilməsi nəzərdə tutulur. Həmçinin baş verə biləcək yanğın yerinə yanğın avtomobillərinin vaxtında, eləcə də sərbəst şəkildə yaxınlaşmasına maneçilik törədən dirəklərin basdırılması və ya beton plitələrin düzülməsi ilə yolların hərəkət hissəsinin tam və ya qismən bağlanması hallarının aradan qaldırılması üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Digər məlumatlar

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. ...

Ardını oxu

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

20 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla görüşüb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

15 noyabr 2019-cu il tarixində saat 01:34 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 ünvanında yerləşən 29/42 saylı 17 mərtəbəli mansard tipli yaşayış binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu