Geri

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilib

20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilib.

İclasda Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Taninin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Komissiyanın həmsədri Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Tani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin fevral ayında Qətərə etdiyi səfərin nəticələrinin əhəmiyyətini vurğulayıb. Baş nazirin müavini, həmçinin Bakıda keçirilmiş ilk iclasın yüksək səviyyədə təşkilinə və ekspertlər səviyyəsində görüşlərə görə təşəkkürünü bildirib.

Komissiyanın həmsədri Azərbaycan Respublikasının  fövqəladə hallar naziri Kəmaləddin Heydərov səmimi qəbula görə təşəkkürünü bildirərək ikitərəfli münasibətlərin inkişafının iki dövlətin maraqları üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

İclasda ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunub, münasibətlərin bundan sonra da yüksələn xətlə davam etdirilməsinin vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr  aparılıb.

Həmsədrlər ikitərəfli əlaqələri daha da inkişaf etdirmək məqsədilə iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclasının Protokolu imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Tani imzalayıblar.

Səfər çərçivəsində nazir K.Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əhəmiyyətindən danışılıb, iki ölkə arasında mövcud əlaqələrin genişləndirilməsinin mühümlüyü vurğulanıb.

Digər məlumatlar

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. ...

Ardını oxu

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

20 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla görüşüb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

15 noyabr 2019-cu il tarixində saat 01:34 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 ünvanında yerləşən 29/42 saylı 17 mərtəbəli mansard tipli yaşayış binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu