Geri

FHN-də Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Ölkəmizdə səfərdə olan Özbəkistanın tikinti nazirinin müavini Erkin İsgəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 19-da Fövqəladə Hallar Nazirliyində olub.

Nümayəndə heyəti ilə görüşən fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifov qonaqları səmimi salamladıqdan sonra nazirlik haqqında ətraflı məlumat verib. Nazir müavini Azərbaycan Prezidenti cənab İlham Əliyevin tikinti sahəsində verdiyi mütərəqqi fərman və sərəncamlardan və onların uğurla icrasından danışıb. Ölkəmizdə son illər tikintidə təhlükəsizlik sahəsində görülən işlərə toxunan R.Lətifov bu sahədə Azərbaycan və Özbəkistanın uyğun qurumları arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Özbəkistan Respublikasının tikinti nazirinin müavini Erkin İsgəndərov səfərin əsas məqsədinin Azərbaycanın tikinti və şəhərsalma sahəsində təcrübəsinin öyrənilməsi olduğunu qeyd edib, bu sahədə qarşılıqlı əməkdaşlığın perspektivlərindən danışıb.

Daha sonra Özbəkistan nümayəndə heyəti FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində olub. Agentliyin struktur bölmələri və institutlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən FHN TTNDA-nın rəisi Cəbrayıl Xanlarov Agentlik və onun fəliyyəti haqqında qonaqlara ətraflı məlumat verib. Qurum rəhbəri tikintidə təhlükəsizliyə nəzarət, ekspertiza sahələrində qazanılan təcrübədən və tətbiq olunanan yeniliklərdən söz açaraq, tikinti sahəsində hüquqi və normativ bazanın təkmilləşdirilməsi və bir pəncərə sisteminin uğurlu tətbiqi haqqında danışıb. Həmçinin, müasir texnologiyalardan istifadə edilməklə Agentlikdə yaradılan proqram təminatının qurumun fəaliyyətində vacib rol oynadığı qeyd edib.

Özbəkistan nümayəndə heyətinin başçısı Erkin İsgəndərov təmsil etdiyi nazirliyin yeni yarandığını qeyd edərək, ölkəmizdə tikinti sahəsində tətbiq olunan hüquqi və normativ bazanın öyrənilməsinin onlar üçün əhəmiyyətli olduğunu bildirib.

Sonra Agentliyin informasiya texnologiyaları zalında FHN TTNDA-nın fəaliyyəti haqqında videoçarx nümayiş olunub və Özbəkistan nümayəndə heyəti və Agentliyin mütəxəssisləri arasında geniş tərkibdə təcrübə və informasiya mübadiləsi aparılıb.

Daha sonra qonaqlar “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun fəaliyyəti ilə yaxından tanış olublar.

Digər məlumatlar

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən......

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına həsr olunan müşavirə keçirilib

14 mart 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin......

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Quba şəhərində vətəndaşların qəbulunun tarixi dəyişib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  16 mart 2019-cu il tarixində Quba şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib. Qəbul barədə əlavə məlumat veriləcəkdir....

Ardını oxu